Sergey Paracanovun abidəsi, Tiflis, Gürcüstan © Onnik Krikorian. Nokia N82 telefonu ilə çəkilmiş fotoşəkil

Köhnə Tiflisdə yerləşən etnik ermənilərə məxsus Azərbaycan çay evinə geri aparan yol bizi təsadüfi olmadan tanınmış erməni kinorejisyoru Sergey Paracanovun abidəsinə gətirib çıxardı. Bir çox erməni mədəniyyət ikonaları, məsələn 18-ci əsrdə yaşayan və nəğmələrini erməni, gürcü, fars və xüsusilə azərbaycan dilində yaradan saz şairi Sayat-Nova kimi, Paracanov başqalarından daha da çox bütün varlığı ilə Qafqaza aid idi. Məhz bəlkə bu səbəbdən Paracanov ömrünün ən çox hissəsini Tiflisdə yaşamışdır. 1990-cı ildə, ölümündən iki il əvvəl, o, Yerevana köçmüşdür.

Onun sonuncu tamamlanmış filmi ermənilər və azərbaycanlılar arasında mübahisəli ərazi olan – Dağlıq Qarabağ üzərində münasibətləri daha da gərginləşdirən azərbaycan folklor hekayəsi Aşıq Qərib olmuşdur. Sülh mübarizəçisi Georgi Vanyanın sözlərinə görə, Fellini kimi dünya şöhrətli rejisyorlar tərəfindən rəğbət edilən erməni mədəniyyət ikonasının təsvirləri Yerevanda Qarabağ hərəkatı nümayişləri zamanı yandırılmışdır. Bügün, əlbəttə, çox az erməni Paracanovun Azərbaycan haqqında və gürcü, azərbaycan və ukrain dillərində çəkdiyi mübahisə doğuran filmlərini xatırlayır və ya bilirlər.

Sayat-Nova Azərbaycanda çox az tanınır. Bu ondan irəli gəlir ki, ermənilərin obrazı azərbaycanlılarla müqayisədə yerli erməni KİV tərəfindən daha da mənfi rənglərdə verilir. Ümumilikdə isə, hər iki ölkənin KİV ən çox mənfi, nəinki müsbət və ya birtərəf, məlumatlrın yayılması ilə məşğuldurlar.

Buna baxmayaraq, regionun ayrı-ayrı mono-mədəni hissələri ilə deyil, onun mədəniyyət müxtəlifliyi ilə bağlı olan Sayat-Nova kimi Paracanov Cənubi Qafqazın zəngin mədəni irsini təmsil edirdi və Cənubi Qafqazın da onun yaradıcılığına böyük təsiri olmuşdur. Hazırda, ermənilərin və azərbaycanlıların öz ölkələrində görüşmə və unsiyyət qurma imkanlarının məhdud olmasını nəzərə alaraq, Gürcüstanda etnik azlıqlar arasında etnik problemlərin mövcud olmasına baxmayaraq qarşlıqlı hörmət və dostluq var və davam edir. Bu həmçinin Gürcüstanın paytaxtı Tiflisdə yaşayan etnik erməni və azərbaycanlılara da aiddir.

Özünə görə kiçik olsa da, ermənilərə məxsus Azərbaycan çay evi onu sübüta yetirir ki, mənfi stereotiplərin, etno-milli qüvvələrin mövcud olmasınavə münaqişəni yerli siyasi qüvvələrin şəxsində daha da alovlandıran Ermənistanın və Azərbaycanın qərəzli KİV-nə baxmayaraq ermənilər və azərbaycanlılar birlikdə yanaşı yaşaya bilirlər. Bu həqiqətəndə də elədir. Aleksey və Marqarita Petrosyana məxsus çay evinin qonaqları erməni, azərbaycan, gürcü, rus və fars dillərində biri-biri ilə sərbəst danışırlar, və bu hal təəccüblü deyil. Çünki çay evinə gələn qonaqlar etnik tərkibə görə çox müxtəlifdirlər.

Bügün, çay evinə baş çəkən iki azərbaycan jurnalist-tələbəsi və gürcü bloqçusu öz təəssüratlarını Twitter vasitəsi ilə bölüşdülər.

Ermənilərə məxsus Azərbaycan çay evində. Azərbaycanlılar, ermənilər və gürcülər birlikdə çay içirlər. #caucasusproject.

Çay evinin sahibi çay evinin yaranma tarixini danışır. Yerevandan və Bakıdan gələnlər burada görüşürlər. @caucasusproject.

«Biz azərbaycanlılar, ermənilər və gürcülər bir həyətdə böyümüşük. Bizim heç bir problemimiz ola bilməz. Biz bacı və qardaşıq».

«Məmin uşaqlarım erməni, gürcü, rus və azərbaycan dilləri bilirlər. Ən çox da rus dilində danışırlar.»- çay evinin sahibi @caucasusproject.

Və indi çay evinə iranlı gəlir və bizimlə azərbaycan dilində danışır. @caucasusproject. Mən çox şadam, bu çay evi müxtəliflik evidir @ kissie

Dodka.ge çay evini müxtəliflik evi adlandırır. @caucasusproject. KHANIM

Transitions Online və Böyük Britaniyanın Yerevandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən layihənin iştirakçıları bazar günü çay evinə yenidən baş çəkib bu bloqda yerləşdiriləcək məruzələri yekunlaşdıracaqlar. Yaxın günlərdə və həftələrdə hazırkı bloq səhifə sentyabr ayında keçirilmiş qısa sərhədyanı tədbirin davamı olaraq yeni mediya və sosial şəbəki vasitələtinin nümunəsi olan tarixçələri, fotoşəkilləri və videoyazıları əks etdirəcək.

Mobil telefonu ilə qaranlıq şəraitdə çəkilmiş video yazının keyfiyyəti yüksək olmasa da, səs və görüntü aydın ola bilir. Bu layihənin bir hissəsi müstəqil jurnalistlər və Ermənistan, Azərbaycan və Gürcüstan kimi ölkələrin KİV-i tərəfindən mobil kommunikasiya vasitəsi ilə məlumatların ötürülməsi və hadisələrin işıqlandırılması imkanlarını öyrənməkdən ibarətdir.