Armenian Church

Tiflis-Gürcüstanın paytaxtı- bəlkə də Cənubi Qafqazın mədəniyyət şah damarı. Hər dəfə Tiflisi ziyarət etmək mənə böyük zövq yaşadır, çünki Tiflis yeganə şəhərdi ki, harada Ermənilər, Azərbaycanlılar və Gürcülər əsrlər boyu sürən qarşıdurmaya və post-Sovet dövründə yaranan insanlar arasında münaqişəyə baxmayaraq dostcasına görüşə bilirlər. Yuxari Qarabağ üzərində dondurulmuş münaqişəni nəzərə alaraq Ermənilər və Azərbaycanlılar üçün bu xusisilə həssas və həqiqət dolu məqamdır.

Qonşu Azərbaycanın sərhədində yerləşən və əhalisinin əksəriyyəti etnik Ermənilər olan Qarabağ Sovetlər Birliyinin dağılmasına təsadüf edən və bəlkə də dağılmasının başlanğıcını qoyan bir çox qızğın münaqişələrin ən ilki olmuşdur. 25.000-dən çox insan həlak olmuş, hər iki tərəfdən milyonlarca insan yaşadığı yerləri tərk etməli olmuş, Azərbaycan isə 1994-cu ildə imzalanmış atəşkəs sazişi dövrü üçün ərazisinin 16 % -i itirmişdir. Lakin regional analistlər və beynəlxalq cəmiyyət təəssüflə güman edir ki, müharibə nə zamansa yenə başlaya bilər.

Son sülh sazişinin bağıanmasına nail olunması yolunda bir çox addımlar atılmış, lakin bu addımlar hər iki tərəfdən olan milliyətçilər və siyasi qüvvələrin yürütdüyü “iki etnik qrup heç bir zaman dinc yanaşı yaşaya bilməz” prinsipi ilə demək olar ki, qüvvədən salınmışdır. Tarix barədə subyektiv fikiryürütmələr və təhlillər daha da iki tərəf arasında vəziyyəti çıxılmaz etmiş və tərəflər arasında kompromisin yaranmasını imkansız etmişdir. Lakin belə qarşıdurma Ermənilərin və Azərbaycanlıların Gürcüstanda dinc yanaşı yaşaya bilmələrinin yanında çox gülünc görünür.

 Azeri Tea House

Aleksi və Marqarita Petrosyan dinc yaşamanın digər bir real nümunəsidir. Müharibə və Ermənistanın və Azərbaycanın yerli mediyasının təbliğ etdiyi əbədi “düşmən” obrazı onlardan tamamilə yan ötüb. Köhnə Tiflisdə yerləşən onlara məxsus çayxanada oturub söhbət edirlər. Yanlarına daha iki nəfər – 14 yaşlarında oğlan və yaşca ondan bir qədər böyük digər oğlan oturub onlarla söhbət edir və Azərbaycan çayı içirlər. Erməni dilində gedən söhbət Azərbaycan dilinə keçir. İki oğlan Bakıdan olan Azərbaycanlılardırlar.

Biraz sonra, 20 metr aralıqda məni otelə aparan etnik Erməni olan taksi sürücüsü məscidin və Türk Hamamının yanında gözlənilmədən maşını saxlayır. O, yaxınlıqda yaşayan dostundan evdə hazırlanmış şərabı alır. Etnik Azərbaycanlı erməni sürücüsünü erməni dilində salamlayır. Erməni sürücü ona azərbaycan dilində minnətdarlığını bildirir. Erməni sürücü mənim təəccübləndiyimi görərək izah edir ki, bu rayonda çoxlu Erməni, Azərbaycanlı və Gürcü yaşayır və onlar nəinki bir-birinin dillərini bilir və dillərində danışırlar, hətta özlərini ən yaxın dost hesab edirlər.

Vəziyyət eyniliklə Tsopidə, Ermənistanla sərhəddə 2 km məsafədə Gürcüstanda yerləşən əhalisinin əksəriyyəti etnik Azərbaycanlı olan balaca bir kənddə də davam edir. Burada etnik Ermənilər və Azərbaycanlılar birlikdə yaşayırlar, öz uşaqlarını eyni məktəbə göndərirlər, qarşıdurmayla dolu keçmişlə yaşamırlar, əksinə dinc yanaşı yaşaya biləcəkləri gəcələyə ümidlə baxırlar. Hər iki nümunə reallıqdır. Lakin nə qədər kədərli olsa da bəzən mənfi emosiyalar barədə düşünmək müsbət emosiyalara üstün gəlir.

Həqiqətən də, insanların söylədiyi kimi, Ermənilər və Azərbaycanlılar münaqişə zonası xaricində dinc yanaşı yaşaya bilir və aralarında istər mədəniyyət, istərsə də ənənə və dil baxımından regionda yaşayan digər xalqlara nisbətən çox oxşarlıqlar var. Yaxın günlərdə və həftələrdə hazırkı bloq səhifə sentyabr ayında keçirilmiş qısa sərhədyanı tədbirin davamı olaraq yeni mediya və sosial şəbəki vasitələtinin nümunəsi olan tarixçələri, fotoşəkilləri və videoyazıları əks etdirəcək. Bizi @caucasusproject izləyin.

 Azeri Mosque

Fotoşəkillər: Tiflis, Gürcüstan © Onnik Krikorian

Thanks to A. for voluntarily translation of the original post in English into Azerbaijani.