Etnik erməni qızı, Marneuli, Gürcüstan © Onnik Krikorian

Bəzilərinə etnik azlıqların Gürcüstanın paytaxtı Tiflisdə dinc yanaşı yaşaya bilməsi və yaşamalı olması qeyri-adi görünməyə bilər, lakin Ermənistanın, Azərbaycanın və Gürcüstanın rayonlarında vəziyyət bir qədər fərqlidir. Və ya bəlkə də bu fərqlilik kütləvi şəkildə yayılan stereotipin bir hissəsidir. Ermənilər və azərbaycanlılar uzun zamandır bildirirlər ki, onlar Qarabağ müharibəsindən əvvəl kənd yerlərindən daha çox birlikdə dinc şəraitdə Yerevan və Bakı kimi şəhər mərkəzlərində həyat sürürdülər. Bu harada isə həqiqətdir, amma tam olaraq deyil.

20000 əhalisi olan Marneuli şəhərində əhalinin 15-20% – ini deyilənlərə görə etnik ermənilər təşkil edir. Qalan faizini isə etnik azərbaycanlılar. Bundan başqa, hər iki tərəfdən olan milliyətçilərin “bir tərəf digər tərəfə güvənməməlidir” prinsipini irəli sürməsinə baxmayaraq, Ermənistandan gələn ermənilər Tiflisə çatmaq üçün Gürcüstanda əhalisi 280000 çox olan etnik azərbaycanlıların yaşadığı rayonlardan keçməli olurlar və bunu da onlar maneəsiz edirlər. Qeyd üçün, Marneulinin bazarında ermənilər, azərbaycanlılar və gürcülər birgə yanaşı alverlə məşğul olurlar.

Etnik azərbaycanlı qadın, Marneuli, Gürcüstan © Onnik Krikorian 

Marneulini Steady State Transition Online layihəsi çərçivəsidə ziyarət edən gürcü bloqçusu Dodka öz təəssüratları ilə Twitter vasitəsi ilə belə bölüşdü.  

Marneulidə Gürcülərə və Azərbaycanlılara məxsus çay evində erməni, azərbaycanlı və gürcü alverçiləri nahar edirlər. Çay yaxın edir J @caucasusproject.   İki həyat yoldaşı olan azərbaycanlı ilə görüşdük. Həyat yoldaşlarından biri – erməni, digəri isə azərbaycanlıdır. Nəhayət o, bizə mühasibə verməyə razılıq verdi @caucasusproject.  Balıq satan erməni azərbaycan, erməni, rus və gürcü dillərində danışır və azərbaycanlı alverçiləri ilə birlikdə çalışır @caucasusproject.   

Tsopi. Ermənilərin və Azərbaycanlıların bir-biriləriylə heç bir problemi yoxdur. Onların oxşar problemləri var – iş, və ya heç bir işin olmamasi (işsizlik) @caucasusproject.   

Evin sahibəsi deyir ki, onun oğlunun bir neçə ay əvvəl toyu oldu. Qonaqların yarısı – erməni, yarısı isə – azərbaycanlı idilər @caucasusproject.   

Erməni qadın deyir ki, o, uşaqlarının azərbaycanlı və ya gürcü ilə ailə qurmasına etiraz etmir @caucasusproject.    

Tsopinin məktəbində. Pis vəziyyətdə, pəncərə yox, istilik sistemi yox, LAKİN şərəflə dalğalanan təmiz təzə Gürcüstan bayrağı var. Kədərli vəziyyət @caucasusproject.  

 

Təqribən 35 km cənubda, Ermənistanla Gürcüstanın sərhədində vəziyyət daha da cazibəli görünür. Burada azərbaycanlıların sıx yaşadığı kəndlərdə etnik erməni ailələrinə rast gəlmək olar. Məsələn, Tsopidə 150-200 ailənin 1/3 hissəsini etnik ermənilər təşkil edir. Onların hamısı birlikdə yaşayırlar və bir-birlərinin dillərində danışırlar. Əlbətdə, kənddə vəziyyət firavan həyatandan daha çox uzaqdır, çünki kənddə işsizliyin səviyyəsi yüksəkdir və burada yerləşən məktəbin acınacaqlı vəziyyətdə olmaqla yanaşı təmirə ehtiyacı vardır.

Məktəb, Tsopi, Gürcüstan © Onnik Krikorian

 

Buna baxmayaq, həm Marneuli, həm də Tsopi, xüsusən münaqişə vəziyyətində bir çox birlikdə dinc yaşayan etnik azlıqlarının və qrupların bir nümunəsi kimi onu göstərir və sübüta yetirir ki, Ermənistan və Azərbaycan kimi ölkələrdə kütləvi informasiya vasitələri münaqişələrin həllində yeni yanaşmaların və ideyaların yaranmasına böyük təsir göstərir. Həqiqətən də, cəsarətlə onu söyləmək olar ki, indiki jurnalistlər söz döyüşçülərinə çevrilərək mənfi informasiyaya qarşı mübarizə aparır, birtərəf mövqe tutmaq yerinə isə qərərsiz və həqiqətə uyğun məlumatların yayılmasına səy göstərirlər. 

Yaxın günlərdə və həftələrdə hazırkı bloq səhifə sentyabr ayında keçirilmiş qısa sərhədyanı tədbirin davamı olaraq yeni mediya və sosial şəbəki vasitələtinin nümunəsi olan tarixçələri, fotoşəkilləri və videoyazıları əks etdirəcək. Bizi @caucasusproject izləyin. 

Thanks to A. for voluntarily translation of the original post in English into Azerbaijani.